Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Vikipediyada bizə qarşı informasiya savaşı
Vikipediyada bizə qarşı informasiya savaşı
50 milyonun yarısı hərəyə bir məqalə daxil etsə...
Şənbə, 13.02.2010


İradə Ələkbərova, AMEA İnformasiya Texnologiyaları İ
mətn ölçüsü  

Hər gün radio və televiziya xəbərlərindən eşidirik: "Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir...". Fəqət bu təcavüz hərbi əməliyyatlardan xeyli öncə kitablarda, qəzet səhifələrində, teleradio efirlərində, erməni siyasətçilərinin, tarixçilərinin elmi məqalələrində, auditoriyalarda çıxışlarında başlamışdır. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bu təcavüz İnternet mühitində davam etməkdədir.

Amerikada və İKT-nin inkişaf etdiyi Qərbi Avropada ermənilərin sayının azərbaycanlılara nisbətən çox olması, İnternetin ilk olaraq bu ölkələrdə yayılması, İnternet məkanında ermənilərin və ermənipərəst qüvvələrin daha fəal olması müxtəlif virtual ensiklopediyalarda, bloqlarda, forumlarda, veb-saytlarda Azərbaycana qarşı çoxlu sayda yalan məlumatların, böhtanların toplanmasına və informasiya hücumlarınn artmasına səbəb olmuşdur.

Ensiklopediyadan cəmiyyətin bütün təbəqələri istifadə edir. İnsanların bir çoxu oradakı məlumatlardan istifadə etməklə müəyyən məsələlərlə ilkin tanışlıq əldə edir. Atalar sözündə deyilir: "Qələm yazanı qılınc kəsməz". Təəssüf ki, illər ərzində Britannika, BSE və s. populyar ensiklopediyaların erməni mənşəli alimlərin (məsələn, R.Syuni, L.Şaumyan və s.) nəzarəti və ya redaktəsi altında olması, eyni zamanda bu ensiklopediyalardakı Azərbaycana aid informasiyalarda erməni müəlliflərinin əsərlərindən istifadə bu gün dünyanın ən tanınmış ensiklopediyalarında belə müəyyən antiazərbaycan fikirlərin yer almasına səbəb olmuşdur.

Vikipediya dünyanın ən populyar İnternet layihələri sırasında

Bu gün Vikipediya dünyanın ən populyar 10 saytı sırasına daxil olmuşdur. 2009-cu ildə Vikipediya ensiklopediyası İnternetdə fəaliyyət göstərən 230 milyon sayt arasında müraciətlərin sayına görə birinci yeri tutmuşdur.

Vikipediyanın populyarlığının əsas səbəbi onun dinamik olmasıdır. Yəni digər ensiklopediyalarda son hadisələr haqqında məlumat əldə etmək mümkün deyil. Vikipediyada isə hər hansı bir hadisə haqqında informasiya artıq hadisənin baş verdiyindən bir neçə dəqiqə sonra ensiklopediyaya daxil edilir.

Hər ay dünyanın ən böyük ensiklopediyası olan Vikipediyaya 275 mln. İnternet istifadəçisi tərəfindən 4 mlrd. müraciət olunur. Bu gün 270 dildə fəaliyyət göstərən Vikipediyadan istifadə texnologiyası müxtəlif sosial sahələr üçün nəzərdə tutulmuş yeni informasiya rusursu bazasıdır. Bir çox ölkələrdə Vikipediya virtual ensiklopediyası mütəxəssislərin və alimlərin stolüstü məlumat kitabçasına çevrilməkdədir. İstər adi İnternet, istərsə də adi KİV istifadəçisində istənilən hadisə haqqında fikir formalaşdırmaqda Vikipediyanın polu əvəzolunmazdır.

Tədqiqatlar sübut etmişdir ki, məqalələrin düzgünlüyünə görə Vikipediya heç də Britannika kimi nüfuzlu ensiklopediyadan geri qalmır.

REKLAM

Buna baxmayaraq, Vikipediyadakı məqalələr kimlərinsə siyasi baxışları ilə düz gəlmirsə, hansısa şirkətin və şəxsin adına xələl gətirirsə, kimlərinsə mənfəət əldə etməsinə mane olursa, hər hansı bir dövlətin apardığı siyasətə cavab vermirsə, o zaman bu məqalələr müxtəlif baxışların toqquşması nəticəsində əsl informasiya müharibəsi meydanına çevrilir.

Hərbi və siyasi münaqişələrin güzgüsü

Vikipediya iştirakçıları ierarxik struktur üzrə fəaliyyət göstərirlər: onlardan bir qismi üzərinə koordinator işini götürür və əsasən digər istifadəçilərdən hazır məlumatları qəbul edirlər. Birgə fəaliyyətləri zamanı işlərində ziddiyyətli hallara çox az rast gəlinən proqramçılardan fərqli olaraq, Vikipediya istifadəçiləri çox zaman əsl informasiya müharibələrinin iştirakçılarına çevrilirlər. Vikipediya beynəlxalq layihə olduğundan, hər hansı məqalənin yaradılmasında əks qüvvələrin iştirakı təbiidir.

İnformasiya müharibələri əsasən Vikipediyanın daha çox məqalələrə malik bölmələrində - ingilis, fransız, rus, türk və s. dillərdəki layihələrdə kəskin və kütləvi hal almaqdadır. Məsələn, ingilis dilində fəaliyyət göstərən Vikipediyada müxtəlif mövzularla bağlı - prezidentliyə namizədlərdən başlamış, İraq, Əfqanıstan, Fələstin problemləri, məşhur şəxslərin həyatı ilə bağlı məqalələrə kimi müxtəlif mövzularda qızğın mübahisələr getməkdədir. Cəmiyyətdə baş verən hadisələr, problemlər və münasibətlər öz əksini Vikipediyada tapmaqdadır. Hətta ayrı-ayrı partiyaların, millətlərin, qrupların və şəxslərin hər hansı hadisəyə münasibətini Vikipediya ensiklopediyasını tətbiq etməklə tez bir zamanda öyrənmək olar. Bir çox ölkələrdə təhlükəsizlik orqanlarının, eləcə də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları müəyyən hadisələrə qarşı cəmiyyətdəki fikri bilmək üçün Vikipediyaya müraciət edirlər.

Vikipediyada baş verən müxtəlif qruplar, partiyalar və cəmiyyətlər arasında informasiya müharibələri sırasında Ermənistan-Azərbaycan informasiya müharibəsi kəskinliyi və kütləviliyi ilə daha çox nəzəri cəlb edir. Müşahidələr göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi bütün virtual aləmdə - veb-saytlarda, bloqlarda, forumlarda öz əksini tapmaqla Vikipediyada ən kəskin forma almışdır.

Bizə qarşı informasiya hücumları

Vikipediya ensiklopediyasının müxtəlif bölmələrində Azərbaycanla, xüsusilə də Qarabağla, Azərbaycanın tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri ilə bağlı bir çox məqalələr vaxtaşırı administratorlar tərəfindən mühafizə olunurlar. Yəni bu məqalələrdə düzəlişlərə, əlavə məlumatların daxil edilməsinə icazə verilmir. Buna səbəb həmin məqalələrin vaxtaşırı ermənipərəst İnternet istifadəçilərinin hücumlarına məruz qalmasıdır. Bəzən Azərbaycanla əlaqədar məqalələr həmin şəxslər tərəfindən elə saxta məlumatlarla doldurulur ki, məqalənin ümumi məzmunu itir və oradakı məlumat Azərbaycana qarşı bir dezinformasiya xarakteri daşımış olur.

Müşahidələr göstərir ki, İnternetdə, əsasən də Vikipediyada Azərbaycanla bağlı düzgün informasiyalar daxil etmək istəyənlər isə gözləmədikləri bir halda informasiya müharibəsinə cəlb edilmiş olur və erməni istifadəçilər tərəfindən onlara qarşı aqressiv informasiya hücumları başlayır. Vikipediyanın ingilis, rus, türk və s. dillərdə fəaliyyət göstərən layihələrində informasiya müharibələri adi hal almışdır və artıq administratorlar da ensiklopediyadakı münaqişələrin qarşısının tam alınmasında acizdirlər. Münaqişəyə səbəb olan məqalələrin mühafizəsi müvəqqəti olaraq əks tərəfləri sakitləşdirsə də, bir müddətdən sonra həmin qüvvələr digər məqalələrdə yenidən "müharibə"yə başlamış olurlar və yenə də virtual ensiklopediyada müxtəlif baxşların toqquşması baş verir.

Hərbi əməliyyatlardan fərqli olaraq, bu savaşda heç vaxt atəşkəs olmur. Vikipediya qeyri-rəsmi ensiklopediya olduğundan, burada informasiya müharibəsini rəsmi dövlət strukturları deyil, qeyri-rəsmi qurumlar, fərdi şəxslər aparır. Dəqiq desək, bu savaş daha çox məhz qeyri-rəsmi səviyyədə aparılır. Lakin çox zaman erməni millətindən olan rəsmi şəxslər, müxtəlif partiyalar və erməni diasporası tərəfindən maliyyələşdirilən qüvvələrin Vikipediyada Azərbaycana qarşı informasiya müharibəsini davam etdirmələri problemin daha ciddi olduğunu sübut edir.

Ermənilər Vikipediyaya iş yeri kimi baxır və bu ensiklopediya erməni mütəxəssisləri və ziyalıları tərəfindən daimi Azərbaycana qarşı yeni-yeni dezinformasiyalarla doldurulur. Nəticədə çox zaman məqalələr nəinki Azərbaycanın maraqlarına, Vikipediyanın əsas qaydası sayılan adi neytrallıq prinsiplərinə belə cavab vermir.

Vikipediya və ümumiyyətlə, İnternetdə fəaliyyət göstərən açıq layihələrə nəzər salsaq, görərik ki, Azərbaycana qarşı informasiya müharibəsində, antiazərbaycan təbliğatında, ifrat şovinist çıxışlarda erməni gənclərilə yanaşı, günün 24 saatı ermənilərin tanınmış tarixçiləri, siyasətçiləri, ədəbiyyatçıları, şair və yazıçıları iştirak edirlər.

Praktiki olaraq Vikipediyada Dağlıq Qarabağdan Naxçıvana, Nizami Gəncəvidən Azərbaycan xanlıqlarına qədər Azərbaycana aid bütün məqalələr ermənilərin nəzarətindədir - bu məqalələr ermənilər və onların tərəfdarları tərəfindən hər zaman informasiya hücumlarına məruz qalır.

Qeyd etmək lazımdır ki, keçən illərlə müqayisədə Vikipediyadakı bəzi məqalələri qismən də olsa erməniləndən "təmizləmək" mümkün olmuşdur. Məsələn, 2008-ci ildə Vikipediyanın rus dilindəki bölməsində "Kultura Azerbaydjana", yəni Azərbaycanın mədəniyəti haqqında məqaləni oxuduqda onun daha çox erməni mədəniyyətini təbliğ etməsinin şahidi olurduq. "Azərbaycan ədəbiyyatı" ("Literatura Azerbaydjana") məqaləsində isə XV əsrə qədərki dövrlə indiki Azərbaycan ərazisində yalnız erməni və fars ədəbiyyatının inkişafından danışılır və müxtəlif erməni saytları mənbə kimi göstərilirdi. 2009-cu ildə bu məqalələrdə azərbaycanlı istifadəçilərin fəallaşması nəticəsində neytrallıq prinsipləri cüzi də olsa, bərpa olunmuşdur. Lakin Vikipediyada Azərbaycana qarşı təbliğat maşını səngimək bilmir və bu səbəbdən iftira dolu məqalələr yüzlərlədir.

Vikipediyanın Azərbaycan dili bölməsində vəziyyət

Vikipediyanın Azərbaycan bölməsini virtual vətənin bir parçası adlandırmaq olar. Son zamanların müşahidələri göstərir ki, Vikipediya dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların toplandığı yerə çevrilmişdir. Əgər çoğrafi baxımdan fiziki dünyada Azərbaycan iki yerə bölünmüşdürsə, Vikipediyada virtual Azərbaycan tamdır. Yəni həm Şimali, həm də Cənubi Azərbaycan Vikipeliya ensiklopediyasında vahid Azərbaycan olaraq tanınır.

Vikipediyanın Azərbaycan bölməsi də digər bölmələr kimi düşmənlərimizin daimi diqqət mərkəzindədir. Ermənilər və onların tərəfdarları bu bölmədə Azərbaycana qarşı digər bölmələrdəki kimi açıq informasiya müharibəsi apara bilməsələr də, onların düşmənçilik mövqeyi hər zaman hiss edilir. Hətta bəzən Azərbaycan həqiqətlərini özündə əks etdirən məqalələrin müxtəlif bəhanələrlə silinməsi təklifinə də rast gəlinir. Vikipediyanın Azərbaycan dilində fəaliyyət göstərən layihəsində erməni dilinin, tarixinin, mədəniyyətinin təbliğatı geniş və prinsipial şəkildə aparılır.

Vikipediyada Azərbaycanın maraqlarının qorunması

Son illər Azərbaycanda informasiyalaşdırma siyasətinin aparılması və İKT-nin inkişafı ilə əlaqədar dünyadakı erməni təbliğat maşınına qarşı azərbaycanlıların informasiya qarşıdurması kütləviləşir. Belə ki, əgər 15 il öncə Azərbaycana qarşı erməni təbliğat maşını tam gücü ilə işləyirdisə, bu gün İnternetdə Azərbaycanın həqiqətləri daha geniş işıqlandırılmaqdadır. Bununla əlaqədar az qala bütün Avropanın erməni diasporunun ideoloji təsir monopoliyasında olduğu və informasiya müharibəsi anlamında Azərbaycanın ciddi həmlələrə məruz qaldığı bir dövrdə, qısa bir müddət ərzində Azərbaycan cəmiyyətində intensiv informasiya əks-hücumlarının sayı artmaqdadır.

Tədqiqatlar göstərir ki, İnternetin açıq ensiklopediyalarında ermənilərin antiazərbaycan təbliğatının qarşısını yalnız azərbaycanlı mütəxəssislərin mütəşəkkil və planlı fəaliyyəti nəticəsində almaq mümkündür.

Dünyada Azərbaycanın milli-mədəni dəyərlərinin tanınması və qorunması üçün azərbaycanlıların İnternet resurslarının, ilk növbədə isə Vikipediya virtual ensiklopediyasının bütün layihələrinin zənginləşdirilməsində iştirakının daha kütləvi hal alması lazımdır. Bunun üçün virtual məkanda, ilk növbədə isə Vikipediya virtual ensiklopediyası vasitəsi ilə ermənilərin böhtan və yalanlarının ifşa edilməsi, onların regionda hansı fəsadlar törətdikləri göstərilməli, inkişaf etmiş ölkələrdə erməniləri dəstəkləyən siyasi xadimlərin seçicilərinə erməniliyin mahiyyəti haqqında məlumatlar çatdırmalı, regionda iqtisadi maraqları olan dövlətlər və iqtisadi qurumlar üçün ermənilərin bu maraqlara təhlükə olması haqqında analitik yazılar hazırlanmalı və yayılmalıdır.

Azərbaycan tarixini saxtalaşdıran, Azərbaycan mədəniyyətini özününküləşdirməyə çalışan ermənilərə qarşı virtual şəkildə mübarizə aparmaq üçün Azərbaycan haqqında informasiyalar Vikipediya virtual ensiklopediyasında Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman və s. dillərdə dərc edilməli, artıq mövcud olan düzgün informasiyalar isə qorunmalı, erməni dezinformasiyaların qarşısı alınmalıdır.

Bunun üçün Azərbaycanın maraqlarının dünyada təbliğinə xidmət edən alimlər, tələbələr, media işçiləri ilə yanaşı, yeni İnternet texnologiyalarından istifadə etməyi bacaran mütəxəssislərə böyük ehtiyac var.

Azərbaycanlılar bu gün dünyanın müxtəlif ölkələrində yaşayır. Onların sayı hazırda 50 milyonu aşmaq üzrədir. Bu elə də az rəqəm deyildir. Əgər bu 50 milyonun yarısı Vikipediya ensiklopediyasına bir məqalə daxil etsə, Azərbaycanın elmi-mədəni dəyərlərinin, azərbaycanlılığın qorunub saxlanılmasında müəyyən bir iş görmüş olar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
İran və Rusiyadan gizli təhdid
Bizə qarşı yönəlmiş "zəif region" strategiyası

ATƏT Dağlıq Qarabağ məsələsindəki mövqeyini açıqlayıb
Qazaxıstanın sədrliyi münaqişənin həllində dəyişiklik yaratmayacaq

Libermanın Bakı bəyanatları Bakını narahat etmir
Bu məsələdə heç bir ölkənin Azərbaycanı ittiham və tənqid etmək hüququ yoxdur

Rusiyanın hərbi doktrinası nə vəd edir?
Qarşıdakı 10 ildə Qafqaz sabitlik nə olduğunu bilməyəcək

Həmməruzəçilər hökumətdən narazı getdilər
Onlar jurnalistlərin fəaliyyətinin qanunla məhdudlaşdırılmasından ciddi narahatlıq bildiriblər

İsa Qəmbər başqanlıqdan gedir
Bu post uğrunda ciddi mübarizə gözlənilir

Partiyalarda "rus izi" varmı?
Bizimkilər Rusiyanın siyasi qüvvələri ilə əməkdaşlığa meyilli deyil

Xaricdən önəmli arxiv materialları gətirildi
Bu vacib iş dövlət dəstəyi ilə davam etdiriləcək

KİV azadlığına yeni məhdudiyyətlər
Şəxsin icazəsini almadan çəkiliş aparmaq və səsini yazmaq hüququ yalnız hüquq-mühafizə orqanlarına verildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Manej meydanında yaydan çıxan ox

Manej meydanında yaydan çıxan ox

İrandan bizə ərazi iddiası?

İrandan bizə ərazi iddiası?

Zəif banklara 6 ay vaxt verilir?

Zəif banklara 6 ay vaxt verilir?

 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Uşaqlar bu gün - Ordunun aynası - Mədəniyyət - Xəbərlər

 
 

Follow Lee on X/Twitter - Father, Husband, Serial builder creating AI, crypto, games & web tools. We are friends :) AI Will Come To Life!

Check out: eBank.nz (Art Generator) | Netwrck.com (AI Tools) | Text-Generator.io (AI API) | BitBank.nz (Crypto AI) | ReadingTime (Kids Reading) | RewordGame | BigMultiplayerChess | WebFiddle | How.nz | Helix AI Assistant